Ana səhifə / Siyasət / “Kapital Bank” İqbal Məmmədovu məhkəməyə verdi

“Kapital Bank” İqbal Məmmədovu məhkəməyə verdi

“Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir.

İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.

İqbal Məmmədov həm də “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin qeyri-rəsmi sahibi kimi tanınır. Hit.az

Həmçinin oxuyun

“Le Monde” nəşri: Fransa Azərbaycanla münasibətləri qaydasına salmağı arzulayır

Fransanın məşhur “Le Monde” nəşri azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa işləri və Qarabağda müharibə …