Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / Kamran Əliyevin işdən çıxardığı kürəkəni DTX-də rəis oldu

Kamran Əliyevin işdən çıxardığı kürəkəni DTX-də rəis oldu

Baş Prokuror Kamran Əliyevin işdən çıxardığı kürəkəni Orxan Nuriyevin hansı dövlət qurumunda vəzifəyə təyin olunduğu məlum olub.


Səbail rayon prokurorunun müavini olan Orxan Nuriyev K.Əliyevin əmri ilə bu vəzifədən azad olunduqdan sonra Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.


O.Nuriyev DTX-nin İstintaq Şöbəsinin rəisi təyin olunub.


Qeyd edək ki, O.Nuriyevin bu vəzifədə, ümumiyyətlə, prokurorluq orqanlarında işləməsini qanunvericilik qadağan edib. “Korrupsiyaya qarşı mübarizə” haqqında qanun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməyən halları müəyyən edir.


Bu maddədə qeyd olunur ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.(haqqin.az)

Həmçinin oxuyun

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı

Oktyabrın 19-da Nikol Paşinyan gözlənilmədən keçmiş baş qərargah rəisi Artak Davtyanı “Syunikdə mühafizə işlərinə” görə …