Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Kamran Əliyev : “Çəkələklə maşın sürən şəxs cərimə oluna bilməz”

Kamran Əliyev : “Çəkələklə maşın sürən şəxs cərimə oluna bilməz”

Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.

Bunu Trend-ə açıqlamasında Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Sürücülərə qarşı tətpiq olunan bu cəzanın hüquqi əsası varmı?

Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərin çəkələklə maşın sürməsinə qarşı heç bir qanun yoxdur: “Qanunda maşın sürən şəxsin hər hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Çəkələklə maşın sürən şəxslər cərimələnə bilməzlər. Biz sadəcə olaraq əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara çəkələklə maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın