Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Kamran Əliyev  Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında – FOTO

Kamran Əliyev  Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında – FOTO

Aprelin 3-dən 5-dək Cənubi Koreya Respublikasının Busan şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) İcraiyyə Komitəsinin 43-cü yaz iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Azinforum.az-a  verilən məlumata görə, tədbirdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev təmsil edib.

İclasda IAP-ın Konstitusiyası və fəaliyyətini tənzimləyən digər normativ sənədlərə əlavə və dəyişikliklər, Assosiyasiyanın digər beynəlxalq və regional qurumlarla qarşılıqlı münasibətləri, dünya prokurorları arasında qarşılıqlı münasibətlərin səmərəliyinin artırılması məsələləri, habelə prokurorluq orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.

Kamran Əliyev çıxış edərək, Azərbaycan Prokurorluğu ilə IAP arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O, bu sahədə qarşıda duran vəzifələr və gələcək əməkdaşlığın səmərəliyinin artırılması istiqamətində görüləcək işlər, habelə qurumun fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflər verib.

Azərbaycan Prokurorluğunun verdiyi töhfələrin məntiqi nəticəsi olaraq Assosiyasiyanın İcraiyyə Komitəsinin növbəti iclasının 2018-ci il aprelin 5-6-da Bakı şəhərində keçirilməsi barədə qərarı yekdilliklə qəbul edilib.

Tədbir zamanı bır sıra təşkilati məsələlərə baxılıb, Şimali Amerika və Sakit okean üzrə yeni vitse-prezident vəzifələrinə namizədlər irəli sürülüb, Azərbaycan Prokurorluğunun Assosiasiya çərçivəsində fəaliyyəti xüsusi qeyd olunub, IAP-ın 22-ci illik Konfrans və Ümumi Yığıncağın cari il sentyabrın 9-15-də Pekin şəhərində keçirilməsi qərara alınıb.

Tədbir iştirakçıları Cənubi Koreya Respublikasının Baş prokuroru Kim Su Nam, habelə həmin ölkənin sabiq baş prokuroru və IAP-ın vitse-prezidenti Cun Qyu Kim tərəfindən qəbul olunaraq fikir mübadiləsi aparıblar.

 

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın