Cümə , Avqust 14 2020
Ana səhifə / Siyasət / Kamal Abdulla Cocuq Mərcanlıda bəzi evlərin muzey kimi saxlanılmasını təklif edib

Kamal Abdulla Cocuq Mərcanlıda bəzi evlərin muzey kimi saxlanılmasını təklif edib

“İşğaldan azad olunan Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən vandalizmə məruz qalmış bir neçə evin açıq səma altında işğal muzeyi kimi qalması yaxşı olardı”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müşaviri Kamal Abdulla Qafqaz Müsəlmanları İdarəsində “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır: “Ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərin bir hissəsi açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq”.

Həmçinin oxuyun

“Eldar Həsənovun qaranlıq bağlantılarının olması ehtimalı çox yüksəkdir” – Natiq Cəfərli

“Eldar Həsənov siyasi ambisiyaları olan “klan” oyunçusu olub, maraqlı və qaranlıq bağlantıları olması ehtimalı çox …

Bir cavab yazın