Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Siyasət / “Kadrlara görə quduz olmayan bütün itlərdən üzr istəyirəm” – Mirşahin

“Kadrlara görə quduz olmayan bütün itlərdən üzr istəyirəm” – Mirşahin

“Sosial medianın başıpozuqları virtual məkanda öz üstünlüklərini sübut etməkdən ötrü hər fürsətdən bəhrələnirlər. Palçıq vulkanı belə onlardan ötrü süd duşuna çevrilir… Ən pisi, acınacaqlısı budur ki, Çox ciddi qurumlar virtual bir güruhun, qeyri ciddi bir amorfluğun suallarını cavablandırmaqla onları leqallaşdırır. Onlar hələ də-məsumluqla, səmimiyyətlə inanırlar ki, qarşılarındakılar normal beyin sahibləridir. Əfsus və əfsus!”

Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

“Bu həftə Xəzərdə palçıq vulkanı qeydə alındı. Amma bu vulkanı dövlətimizin üzərinə raket, mərmi uçuşu kimi görməyi arzulayanlar həqiqətə razılaşmadılar. Palçıq vulkanını qryaz, çirkab vulkanına çevirib dövlətin üstünə tolazlaymağa başladılar… Palçıq Vulkanı təkcə Xəzərdə deyil, həm də Qurudaydı! Ayrı-ayrı insanların və ya dırnaqarası “insanların” “simasında”!!! Sosial şəbəkələr növbəti dəfə nümayiş etdirdi ki, düzgün yanaşılmazsa, fəsadları daha ağır ola bilir. Şayiə, dezinformasiya, təhqir… təhdid. Bu hallar sosial şəbəkələrdə, xüsusilə onun facebook seqmetində tez-tez baş qaldıran cəhalət pristuplarıdı. İllahda o zaman ki, sosial media və reket yazarlar, reket çəkənlər ideal cütlüyə çevrilir. Məsələn, şəhid ailəsindən pul dilənən idbarlar haqqında necə sakit danışasan. Mən hazırladığım reportajda belələrinin illüstrasiyası üçün uyğun kadr tapa bilmədim. Bağışlayın, iti qovan kimi qovulmalılar həm də belələridir. Reportajda istifadə etdiyim kadrlara görə quduz olmayan bütün itlərdən üzr istəyirəm. Media haqqında Qanun yeni reallıqları nəzərə almalıdır. Media agentliyinin son dərəcə səylə və hərtərəfli, biləvasitə və bilvasitə araşdırmaları göstərir ki, Avropanın, dünyanın inkişaf etmiş dövlətlərinin media təcrübəsindənm öyrənilir. Aşırı mərhəmət və ifrat liberallıqla dövlətin xarakterini oyuncağa çevirmək də olar. Müharibədən yenicə çıxmış, nailiyyətlərini və başlıcası öz dövlət müstəqilliyini qorumaq borcu olan Azərbaycan kimi dövlətin demoqoik kaprizlərlə risk etmək kimi bir lyuksu yoxdur! Ehtiyatlı və məsuliyyətli olmaq zamanıdır. Azərbaycan müstəqildir. Yəni taleyi öz əlindədir. Bu əl lazım olanda ovuca, lazım olanda yumruğa çevrilr. Unutmayaq: bu həftə Şuşaya Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə təşkil olunmuş ziyarətin bir başqa mənası da var: qələbəmizin tanınması. Tanımaqdan qorxmayaların sayı 46-dır. 46 ölkə. Ədalətdən qorxanlar, haqqın gözünün içinə dik baxa bilməyənlərin adını bayaq çəkdik. Onlar əslində öz məğlubiyyətləri ilə görüşmək istəmədilər. Bunu unutmayaq. Qələbəmizlə birlikdə olaq. Şuşaya getmək Şuşaya getməkdən daha artıqdır. Bunu bilən təkcə Biz deyilik” – M.Ağayev bildirib.

Həmçinin oxuyun

Baydendən Qarabağla bağlı açıqlama

“Mən Qarabağ münaqişəsinə görə təhlükəsizlik sahəsində 2020-ci ildə yaranmış mürəkkəb çağırışları anlayıram”. Bu fikirləri ABŞ …