Bazar ertəsi , Sentyabr 27 2021
Ana səhifə / Siyasət / “Kərki veriləndən sonra Azərbaycanın icazəsi ilə hərəkət edəcəyik”

“Kərki veriləndən sonra Azərbaycanın icazəsi ilə hərəkət edəcəyik”

“Ermənistanın iki düşməni – İlham Əliyev və Nikol Paşinyan arasında aparılan gizli danışıqlar nəticəsində Tiqranaşen kəndinin (Naxçıvanın Kərki kəndi – red.) təslim edilməsi riski var”.

Belə bir açıqlama ilə Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edgar Qəzaryan çıxış edib. Qazaryan bu kəndin Ermənistana məxsus olduğunu iddia edir və bu zaman ortaya qoyduğu arqumenti ən yumşaq dillə danışsaq, “kütbeyinlik” adlandırmalıyıq: “Bu ərazi Ermənistan ərazisi kimi Ermənistan Respublikasının Konstitusiyası ilə təsbit edilib. Tiqranaşen ayrıca bir yaşayış yeri olaraq Ararat bölgəsinin Paruyr Sevak icmasının bir hissəsidir. Vayots Dzor, Syunik (Zəngəzur), Mehri, İrəvan, Artsaxa gedən yol buradan kemir. Vətənini düşmənə təslim etmək planının bir hissəsi olaraq satqınlar simvolik olaraq 800 hektar ərazini düşmənə verməyə qərar verərsə, biz bu dövlətlərarası yolla hərəkət edə bilməyəcəyik. Öz ərazimizdə hərəkət üçün Azərbaycandan icazə almalı olacaqğıq. Böyük ehtimalla viza Azərbaycanın İrəvandakı səfirliyi vasitəsilə veriləcək”.

Qazaryanın məntiqinə görə, əgər bir ölkə başqa ölkənin ərazisini ələ keçirib öz konstitusiyası ilə öz ərazisi elan edirsə, o ərazi daha həmin ölkəyə məxsus olur. Nə qədər qəribə olsa da bunu, ixtisasca hüquqşünas olan birisi deyir. Qazaryan hay-küy salmağa davam edərək deyib ki, Ermənistanı böyük fəlakət gözləyir: “Tiqranaşenin Azərbaycana verilməsi Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq. İstirahət üçün  Cermuxa getməli olan insanlar Rusiya bayrağı altında keçməlidirlər. Aydındır ki, heç bir Azərbaycan hərbçisi burada hərbi texnikaya icazə verməyəcək, yəni bütün Vayots Dzor, Syunik, Artsax (Qarabağ) müdafiəsiz qalacaq”.

“Hüuquşünas” fentezi janrında hekayələr də danışıb. “Valideynlərim danışırdılar ki, sovet vaxtlarında  gecələr azərbaycanlılar bu yola qəsdən yuyucu toz məhlulu tökürdülər ki, maşınlar sürüşüb dərəyə düşsün”.

Qəzaryan deyib ki, İrəvan-Vayots Dzor yolunda çoxlu sıradan çıxmış hissələr vardı, amma keçən il Yerasxavan-Tiqranaşen hissəsi təmir edildi: “Göründüyü kimi, əraziləri düşmənə təslim etmək üçün artıq əvvəldən plan qurmuşdular və yolu bizim hesabımıza təmir edib indi də düşmənə təslim edirlər”.

Həmçinin oxuyun

Moskva iki həftə sonra sülhməramlıların komandanını niyə dəyişdi? – TƏHLİL

Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişdi: Muradovu əvəzləyən Mixail Kosobokov cəmi iki həftə sonra yerini Gennadi …