Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / Kərki və Qazağın 7 kəndi ilə bağlı AÇIQLAMA

Kərki və Qazağın 7 kəndi ilə bağlı AÇIQLAMA

Kərki kəndinin Ermənistan tərəfindən işğalından 33 il keçdi. Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidinə daxil olan kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. 1990-cı il yanvarın 18-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb. 12-14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.

Kənd Arpaçayın sahilində, yarıdüzənlik ərazidə yerləşir. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. Kəndin azərbaycanlı əhalisi 986 nəfərdir (2019-cu il). İşğaldan sonra bura ermənilər köçərək azərbaycanlıların evlərini zəbt ediblər.

44 günlük Vətən müharibəsində Ermənistan məğlub olduqdan sonra imzalanan 10 noyabr üçtərəfli bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksini tapıb. 44 günlük müharibədən sonra Qazağın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ sənədin bu tələbinə də əməl etməyib.

Odur ki, Kərki kəndinin də məsələsini Azərbaycan gec-tez həll edəcəkmi?

Hikmət Babaoğlu: Azərbaycanla Qazaxıstanın münasibətləri tarixində tamamilə  yeni mərhələ başlayıb - AZƏRTAC

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan, şübhəsiz, bütün ərazisində özünün suveren hüquqlarını bərpa edəcək. Naxçıvanın Kərki kəndi, Qazax rayonunun 7 kəndi kimi işğalda olan strateji kəndlərimiz də mütləq azad ediləcək və Azərbaycanın suveren hüquqları bu kəndlərdə bərpa olunacaq: “Kərki kəndi qədər Qazağın Ermənistanın işğalı altında olan 7 kəndi də strateji baxımdan çox əhəmiyyətli kəndlərmizdəndir. Azərbaycan bir qarış torpağından da vaz keçməyəcək. Danışıqlarda və sərhədlərin delimitasiya və demarkasiyası prosesində bu məsələlər daha da aktuallaşacaq”.

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …