Ana səhifə / Siyasət / Kərim Kərimovun 100 illik yubileyi qeyd olunacaq

Kərim Kərimovun 100 illik yubileyi qeyd olunacaq

Dövlət başçısı İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən 2017-ci ilin noyabr ayında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyi tamam olur.

Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr vermiş Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın