Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət /  KƏRƏM HƏSƏNOV  YALNIZ İKİ İŞLƏ MƏŞĞULDUR? – QULU XƏLİLOVUN FƏALİYYƏTİ BUNU GÖSTƏRİR (RÜBLÜK ƏMƏKDAŞLIQ)

 KƏRƏM HƏSƏNOV  YALNIZ İKİ İŞLƏ MƏŞĞULDUR? – QULU XƏLİLOVUN FƏALİYYƏTİ BUNU GÖSTƏRİR (RÜBLÜK ƏMƏKDAŞLIQ)

Azinforum.az-ın  media ilə dövlət qurumları arasındakı münasibətlərin necə tənzimlənməsilə bağlı apardığı araşdırma nəticəsində maraqlı  detallar ortaya çıxıb. Məlum olub ki, əksər hallarda bəzi dövlət qurumlarının daima  medianın  tənqid obyektinə düşməsində həmin qurumların KİV-lərlə işləmək prinsipinin düzgün qurulmaması başlıca  rol oynayıb.  Müşahidələrimiz göstərir ki, çox vaxt belə işlər mətbuat işini bilməyən qeyri-professionallara həvalə edilir.  Məsələn, tam səmimiyyətilə demək olar ki, Nəqliyyat Nazirliyi və onun rəhbəri Ziya Məmmədovun mediada daha çox tənqid edilməsi həmin qurumun media siyasətini həyata keçirən Namiq Həsənovun özünü az qala nazir müavini kimi aparmasından qaynaqlanır.  Yəqin ki, ən aktiv fəaliyyət göstərən jurnalistlər belə Namiq Həsənovla  sonuncu dəfə nə vaxt danışdığını yadlarına sala bilməzlər.

Sanki bu adam əlçatmaz bir zirvəyə dönüb. Maraqlıdır ki, onunla əlaqə saxlamaq istəyəndə hər dəfə : “Namiq müəllim xəstədir”,- deyillər.  Allahdan Namiq müəllimə şəfa diləyirik, ancaq bir xəstəlik illərlə davam edirsə, onda həmin adam ya işindən istefa verməlidir, ya da həmin vəzifəni başqasına həvalə etməlidir. Yaradılan qeyri-rəsmi prosedura əsasən isə, Nəqliyyat Nazirliyindən informasiyanı Namiq Həsənovdan başqa heç kim çıxara  bilməz. Bundan doğan acı nəticə və Ziya Məmmədovun mənfi mənada  media starına çevrilməsi  göz qabağındadır.

Belə yarıtmaz fəaliyyət göstərənlərdən biri də Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilovdur.

Medaiadan tamamilə uzaq olan bu adam məhz Kərəm Həsənova yaxınlığı ilə seçildiyi üçün bu görəvi daşıyır. Uzun müddət Qulu Xəlilovun fəaliyyətini izlədiyimiz üçün əldə etdiyimiz qənaəti bölüşmək istərdik.  Onun tərəfindən saytlara göndərilən press-relizlərin analizi onu deməyə əsas verir ki, Kərəm Həsənov yalnız iki işlə məşğul olur. Birincisi, rayonlarda görüşlər keçirir. İkincisi isə, hansısa binanın önündə və ya kənd çayxanasında kütləvi çıxarış paylayıb. Ötən iki ildə Qulu Xəlilov tərəfindən bizə göndərilən məlumatların analizi bu qənaətə gəlməyimizə əsas verir.

Azinforum.az bildirir ki, Kərəm Həsənovun adı mediada daha çox məlum MTN olayından sonra hallanmağa başladı. Onun barəsində nələr yazılmadı? Tirajlanan məlumatların heç də hamısının həqiqət və ya yalan olması ilə bağlı məsuliyyəti üzərimizə götürmürük. Ancaq bir dəfə də olsun görmədik ki, Qulu Xəlilov tərəfindən həmin ittihamların hansınasa cavab verilsin.

 Düzdür, barələrində tirajlanan kopmromat dalğası Qulu Xəlilovu bir qədər tərpənişə vadar edib. O, dövlət qurumlarına “örnək”  yeni innovativ bir metoda əl atıb ki, bunun da Kərəm Həsənova xeyrindən çox zərəri dəyir. Qulu Xəlilovun nəzərinə çatdırmaq istəyirik ki, media siyasəti rüblərə bölünərək həyata keçirilmir və hansısa saytlarla 3 aylıq əməkdaşlıq effekt verən iş deyil. Bunun üçün media siyasətinə kompleks və professional yanaşma lazımdır. Mövzuya qayıdacayıq…

XƏQANİ QORXMAZ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın