Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərovun son arzusu: Bu qurumun rəisi olmaq istəyir

Kəmaləddin Heydərovun son arzusu: Bu qurumun rəisi olmaq istəyir

2023-cü ildə vəzifəsi ilə vidalaşacaq məmurların sırasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı başda çəkilir. Ömrünün 28 ilini yüksək kürsülərdə keçirən bu “köhnə qvardiyaçı”nın yeni ilin ilk günlərində vəzifədən gedəcəyi gözlənilir. 

Kəmaləddin Heydərovun istefasını zəruri edən amillər çoxdur. FHN başçısının gözdən düşmə kampaniyası bu qurumun polkovniki Zaur Mirzəyevin intim videolarının ictimailəşməsindən sonra başladı. 

“Fövqəlnazir”in Zaur Mirzəyevin zabitə yaraşmayan hərəkətinə görə heç kimi cəzalandıra bilməməsi onun imicinin ciddi şəkildə zədələnməsinə səbəb oldu.

Bir neçə gün əvvəl FHN-də baş tutan “xınayaxdı mərasimi” K.Heydərov üçün soyuq duş effekti verdi. Çıxılmaz durumda qalan K.Heydərovun özünə bəraət qazandırmaq üçün bir şəhid qızının arxasında gizlənməsi, əslində, onun güc naziri deyil, gücsüz nazir olduğunu göstərdi.

İctimai fəal Bəxtiyar Hacıyevlə bağlı qalmaqal isə “bardağı daşıran son damla” kimi qiymətləndirilə bilər. Azərbaycan praktikasında bir nazirin rəhbərlik etdiyi qurumun piarı üçün əks düşərgənin ən radikal nümayəndələrindən biirnə maliyyə dəstəyi verməsinə rastlanmadığı üçün bu hadisə böyük ajiotaj doğurdu. Təsadüfdən, yaxud zərurətdən baş verməsindən asılı olmayaraq, ard-arda sıralanan bu hadisələrin K.Heydərovun karyerasını bitirəcəyi indi heç kimdə şübhə doğurmur.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, K.Heydərov özü də nazir kürsüsündə son günlərini keçirdiyinin fərqindədir. Maraqlısı isə odur ki, “fövqəlnazir” tamamilə sıradan çıxarılması ilə barışmaq istəmir. O, nazir postundan getməklə razılaşsa da, məmur karyerası ilə tezliklə vidalaşmaq niyyətində deyil.

Məlumatlı şəxs saytımıza deyib ki, K.Heydərov FHN-nin Hövsanda yerləşən Akademiyasına rəhbərlik etmək istəyir. Onun bu arzuusnu reallaşdırmaq üçün hakimiyyətin ən yuxarı eşelonuna minnətçi düşdüyü bildirilir.

62 yaşlı nazirin son arzusunun yerinə yetirilib-yetirilməyəcəyini isə zaman göstərəcək. Zaman isə hələlik K.Heydərovun əleyhinə işləyir… 

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …