Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərovun atası və Oqtay Əsədov Milli Məclisin iclaslarına niyə qatılmırlar? — AÇIQLAMA

Kəmaləddin Heydərovun atası və Oqtay Əsədov Milli Məclisin iclaslarına niyə qatılmırlar? — AÇIQLAMA

“Deputatlarla bağlı İntizam Komissiyasına heç bir şikayət daxil edilməyib. Hər şey qaydasındadır”.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov deyib.

Komissiya sədri yaşı 65-dən yuxarı olan deputatlar Oqtay Əsədov və Fəttah Heydərovun parlamentin iclaslarına qatılmamasına da aydınlıq gətirib:

 “Hesab edirəm ki, indiki şəraitdə bu məsələnin müzakirə edilməsi doğru deyil. Bildiyiniz kimi, ölkəmizdə iyunun 15-nə qədər karantin rejimi uzadılıb. Həmçinin, yaşı 65-dən yuxarı olan insanlara evdən çıxmamaq tövsiyə edilib. Ona görə də Oqtay müəllimin və Fəttah müəllimin iclaslara qatılmamasını ümumi qaydalara uyğun qəbul etmək lazımdır. Hətta, mən də parlamentin iclasına qatılmaya bilərəm. Burada qəbahət yoxdur. Ölkədə karantin rejimi davam edir”.

Qeyd: F.Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.(modern.az)

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …