Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov qəza yerinə briqada göndərdi

Kəmaləddin Heydərov qəza yerinə briqada göndərdi

İtkin düşən neftçilərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin zabitləri də qoşulub.
Bu barədə hadisə ilə bağlı yaradılan Qərərgahdan məlumat verilib. Qeyd olunur ki, sahilboyu ərazilərdə, hadisənin baş verdiyi zonada FHN-nin N saylı hərbi hissəsinin əsgərləri vizual axtarışlar aparırlar.
Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanovadına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın