Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov Hindistanda – Fotolar

Kəmaləddin Heydərov Hindistanda – Fotolar

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti noyabrın 3-4-də Hindistanın Nyu-Delhi şəhərində Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNISDR) və Hindistan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edib. 

Qafqazinfo“ya daxil olan məlumata görə, konfransın gündəliyinə BMT-yə üzv dövlətlər tərəfindən 2015-ci ildə qəbul olunmuş Sendai Platformasının nəzərdən keçirilməsi, Asiyada fəlakət təhlükəsinin azaldılması üzrə inkişaf proqramlarının müzakirəsi və qarşılıqlı fəaliyyət planının təsdiqi daxil edilib.

Konfransda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, BMT və onun uyğun qurumları çərçivəsində əməkdaşlıq münasibətlərindən bəhs edib, fəlakətlərin effektli idarə olunması üçün beynəlxalq əməkdaşlığın qaçılmaz olduğunu diqqətə çatdırıb.

Sonda tədbirdə müzakirə olunan məsələlərə dair Birgə Bəyannamə və Sendai Platforması çərçivəsində Fəaliyyət Planı qəbul olunub.

Kəmaləddin Heydərov Hindistanda -  Fotolar

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın