Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Kəlbəcərli girovların vəziyyəti pisləşdi (VİDEO)

Kəlbəcərli girovların vəziyyəti pisləşdi (VİDEO)

Şahbaz Quliyev ailəsinə məktub göndərib

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Bu barədə Real TV-yə girovun qardaşı İlham Quliyev məlumat verib.

“3 gün bundan əvvəl məktub göndərib. Vəziyyətinin pis olduğunu, dərmanla yaşadığını yazıb. Ödündən əməliyyat olunub. Dərmanla yaşayan adam necə olacaq?”, – deyə İlham Quliyev bildirib.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, lakin məktub gəlmədiyini deyib.

“3 gün bundan qabaq BQXK-dən zəng vurdular ki, atam görüşüblər. Guya atamla bağlı hər şey qaydasındadır. Şahbazın vəziyyəti pisdir. İndi təsəvvür edin ki, Şahbaz dərmanla yaşayırsa, atam hansı vəziyyətdədir”, – deyə Kürdoğlu Əsgərov qeyd edib.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …