Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Jurnalistlər üçün tikilən binada iş sürətləndi – FOTOLAR

Jurnalistlər üçün tikilən binada iş sürətləndi – FOTOLAR

Bakının Səbail rayonunda – 20-ci Sahədə jurnalistlər üçün tikilən ikinci yaşayış binasında tikinti işləri sürətləndirilib.

Turkustan.info xəbər verir ki, bu ilin fevral ayından tikinti-təmir işləri dayandırılmış binada son vaxtlar işlər yenidən aktivləşdirilib. Belə ki, binanın həm fasadında, həm içərisində, həm də həyətində intensiv iş aparılır.

Xatırladaq ki,  iyulun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 3,0 (üç) milyon manat ayrılsın.

4

8
1
 2

Həmçinin oxuyun

Türkiyə Milli Təhlükəsizlik Şurası Qarabağ bağlı toplantı keçirəcək

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu il ilk dəfə keçirilən toplantıya ölkə …

Bir cavab yazın