Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Jurnalistlərə ev o zaman veriləcək ki…” – Əflatun Amaşov

“Jurnalistlərə ev o zaman veriləcək ki…” – Əflatun Amaşov

Mətbuat nümayəndələri üçün tikilən yeni bina bu il istifadəyə verilməyəcək.

Bunu AzVision.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ sədri bildirib ki, bu il jurnalistlərə ev verilməsi gözlənilmir: “Hazırda tikilən bina əvvəlki binadan böyükdür. Mənzillərin sayı da əvvəlki bina ilə müqayisədə çoxdur. Odur ki, hazırda binada işlər gedir.

Qeyd edim ki, əvvəlki binada 156 mənzil var idisə, yeni binada bu rəqəm 250-yə yaxındır. Bina nə zaman tikilib qurtaracaqsa, o zaman da jurnalistlərə veriləcək”-deyə Əflatun Amaşov bildirib.

Qeyd edək ki, bu il jurnalistlər üçün tikilən evlər ötən ilki ilə müqayisədə 109 mənzil çox olacaq. Yeni tikilən bina 17 mərtəbədən ibarətdir. Binada mənzillərin sayı 255-dir və 3 girişi var.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın