Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Jurnalistin atası Mərkəzi Klinik Xəstəxanaya köçürüldü

Jurnalistin atası Mərkəzi Klinik Xəstəxanaya köçürüldü

Modern.az xəbər verir ki, jurnalist İmdad Əlizadənin ağır vəziyyətdə olan atası bu gün Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.
Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza düşüb. “Koroğlu” metrostansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsində komada idi.
Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub.
Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Altı övladı var. Böyük oğlu, tanınmış jurnalist İmdad Əlizadə hazırda “Report”da çalışır.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. “54 gün mühasirədə” sənədli filmində Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edilir.
Film 2012-ci ildə çəkilib, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.
Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın