Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Jurnalisti öldürən adamın tutulduğu açıqlanıb

Jurnalisti öldürən adamın tutulduğu açıqlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində jurnalist Dmitri Çilikinin qətlində şübhəli bilinən şəxs tutulub. Novator.az xəbər verir ki, məlumatı Rusiyanın İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə qurumu yayıb.

54 yaşlı jurnalist Dmitri Çilikinin meyiti aprelin 1-də yaşadığı mənzildə aşkarlanmışdı. Jurnalistin iki gün əvvəl aldığı bıçaq yaralarından öldüyü bildirilirdi. Hüquq mühafizə orqanları jurnalistin məişət zəminində qətlə yetirilməsi versiyasını istisna etmirdi.

İstintaq Komitəsi jurnalisti şəhərin ali məktəblərindən birinin tələbəsi, 21 yaşlı Sergey Kosırevin öldürdüyünü açıqlayıb.

İstintaqın məlumatına görə, Kosırev Çilikinlə internetdə tanış olub və jurnalistin evində onun qonağı olub. Evdə onların arasında mübahisə düşüb, nəticədə Kosırev jurnalistə çoxsaylı bıçaq zərbələri endirib. İstintaq Komitəsinə ifadəsində Kosırev jurnalisti öldürdüyünü etiraf edib.

Dmitri Çilikin “Ças pik” qəzetində “Mədəniyyət və cəmiyyət” rubrikasının redaktoru, bir neçə televiziya və radio kanalında proqramların müəllifi və aparıcısı olub.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın