Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Jurnalist, körpəsi və anası xilas edildi

Jurnalist, körpəsi və anası xilas edildi

Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və anası xilas edilib.
APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib.
İlkin məlumata görə, yanğın nəticəsində 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
****
“Azadlıq” metrostansiyası yaxınlığında yanğının baş verdiyi yaşayış binasında jurnalist Sevinc Fədai və onun körpəsinin də qaldığı bildirilir.
Verilən məlumata görə, jurnalist xanım həmin binanın 14-cü mərtəbəsində yaşayır.
Bir müddət öncə jurnalist Sevinc Fədai və onun körpəsinin yanğından xilas edilməsi barədə məlumatlar yayılmışdı.
Ancaq bu barədə verilən məlumatın təkzib olunduğu barədə də xəbərlər gəlməkdədir.
Belə ki, Sevinc Fədainin həyat yoldaşının ölkənin aparıcı saytlarından birinin müxbirinə verdiyi məlumata görə, jurnalist xanım və onun körpəsi hələ də yanan binadadır.
Jurnalist xanımın həyat yoldaşı onu da bildirib ki, Sevinc Fədai heç bir sayta və mətbuat orqanına hər hansı açıqlama verməyib.

 

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın