Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Jurnalist aktyorun üzünə tüpürdü – VİDEO

Jurnalist aktyorun üzünə tüpürdü – VİDEO

“Beyaz TV”-nin müxbiri hakerlər tərəfindən “Twitter” hesabı ələ keçirilib, özəl yazışmaları yayımlandıqdan sonra F.Gülənə yaxın olduğu məlum olan “Yetenek sizsiniz” yarışmasının qalibi Atalay Dəmirçinin üzünə tüpürüb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxbir Levent Kelleci Atalay Demircidən müsahibə aldıqdan sonra əsəblərinə hakim ola bilməyib və “Mən sizin doğru söylədiyinizə inanmıram” deyərək, aktyora etirazını bildirib: “Müxbirlik  etmək çox çətindir. Mən sizin doğru söylədiyinizi inanmıram. Məncə, siz də onların itisiniz. Bu, mənim öz fikrimdir. Onlarla insan ölüb. “Təəssüflər olsun” deyirəm”.
L.Kelleci sözlərini bitirdikdən sonra aktyorun üzünə tüpürüb. Atalay Demirci isə onun hərəkətini gülümsəyərək, qarşılayıb.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın