Çərşənbə , İyun 29 2022
Ana səhifə / Siyasət / Jirinovskinin yerinə seçilən siyasətçi: “Azərbaycan bizim fəxr etdiyimiz ölkədir”

Jirinovskinin yerinə seçilən siyasətçi: “Azərbaycan bizim fəxr etdiyimiz ölkədir”

“Azərbaycan bizim fəxr etdiyimiz ölkədir. Azərbaycan uzun illərdir mənim qəlbimdə yaşayır”.

Bunu Azərbaycanın Rusiyadakı Səfirliyində 28 May Müstəqillik Günü münasibəti ilə keçirilən mərasimə qatılan Rusiya Liberal Demokrat Partiyasının yeni seçilmiş lideri Leonid Slutski jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün Azərbaycan çiçəklənən iqtisadiyyat deməkdir. Bu gün Azərbaycan elə bir ölkədir ki, ora yenə getməkdən doymursan, yenə getmək istəyirsən. Prezident İlham Əliyev öz ölkəsi üçün heyrətamiz uğurlar əldə edib. O, Azərbaycanı enerji asılılığı olmayan ölkəyə çevirib. İlham Əliyev həlli mümkün olmayan vəzifələrin öhdəsindən gəlib. Azərbaycanın Birinci vitse-prezidentinin Mehriban Əliyevanın rəhbərliyi, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun koordinasiyası ilə ölkə hüdudlarından kənarda böyük əhəmiyyətə malik layihələr həyata keçirilib. Mən bizə yaxın olan bütün Azərbaycan xalqını Müstəqillik Günü bayramı münasibəti ilə təbrik edirəm”, – deyə rusiyalı siyasətçi qeyd edib. APA

Həmçinin oxuyun

“Danışıqları Ermənistanla birbaşa aparmağımızın tərəfdarıyam, vasitəçilik olmasın”

“Hesab edirəm, Paşinyan Azərbaycanla bağlı sözləri Ermənistanın daxili auditoryası üçün səsləndirib. Cənab Prezident İlham Əliyev …