Şənbə , Yanvar 29 2022
Ana səhifə / Siyasət / Jirinovski İlham Əliyevi təbrik etdi
????????????????????????????????????

Jirinovski İlham Əliyevi təbrik etdi

Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz gözəl bir ölkənin müdrik lideri kimi respublikada dəyişikliklər prosesinə sanballı töhfələr vermisiniz və bu gün çox mühüm dövlət proqramlarını həyata keçirməkdə davam edirsiniz. Əminəm ki, Siz əldə edilən nəticələrdən qürur duyursunuz, lakin daha çox nailiyyət əldə etmək inamı tükənməzdir. Ümidvaram ki, Sizin rəhbərliyinizlə dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət əsasında daha faydalı xarakter daşıyacaqdır.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük uğurlar, xalqınıza firavanlıq və tərəqqi arzulayıram”.

Həmçinin oxuyun

Azərbaycanda partiya rəhbəri YAP-ın rayon təşkilatının sədri oldu (FOTO)

Şamaxı rayon İcra Hakimiyyəti başçısının sabiq 1-ci müavini Qasım Qasımova vəzifə verilib.  Qaynarinfo-nun əldə etdiyi məlumata …