Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Jirinovski “erməni genosidi”nə səs verənlərə qəzəbləndi

Jirinovski “erməni genosidi”nə səs verənlərə qəzəbləndi

Rusiya Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Dövlət Dumasının son iclasında aprel ayında “erməni genosidi” qətnaməsini dəstəkləyən deputat həmkarlarını sərt tənqid edib.

Virtualaz.org saytı Dövlət Dumasındakı mənbələrinə istinadən xəbər verir ki, V.Jirinovski LDPR-in təşəbbüsü ilə gündəmə gətirilən “Tarixin dərsləri və müasir dünyada xristianların sıxışdırılmasının yolverilməzliyi haqqında” adlı sənədin müzakirəsi zamanı çıxış edərkən hakim Vahid Rusiya Partiyasından olan deputat Mixail Markelovu xüsusi tənqid atəşinə tutub.

“Siz xristianların müasir dünyada sıxışdırılmasının yolverilməz olması haqdakı bəyanatımızı dəstəkləmirsiniz. Bəs siz bu zalda nəyə görə “erməni soyqırımı” haqda qətnaməyə səs verdiniz? Bunu niyə etdiniz? Belə çıxır, ona görə ki, bu qətnamə ermənilərin xeyrinə idi. Türklər isə bundan incidi. Və onlar “Türk axını” qaz kəməri layihəsini dayandırırlar. Bunu siz – Vahid Rusiya Partiyası etdiniz” – deyə Jirinovski bildirib.

LDPR lideri hakim partiyaya ünvanlanan tənqidlərini davam etdirərək deyib ki, burada məntiq olmalı idi, amma heç bir məntiq yoxdur: “Belə çıxır ki, sizə zəng edib nəsə desələr, ona da səs verəcəksiniz. Əgər Kremldən sizə xristianların sıxışdırlmasına dair qətnamə layihəsi göndərsələr, onda hamınız bir ağızdan “hə” deyib səs verəcəksiniz. Siz Türkiyəni qəzəbləndirmisiniz. İndi də türklər cavab olaraq Gürcüstanı NATO-ya sürükləyirlər. Buna görə siz günahkarsınız. Halbuki türklər bizim tərəfimizdə idi. Siz Ermənistanı müdafiə edən qətnaməyə səs verən kimi türklər bizdən incidi. Siz Türkiyə ilə münasibətlərimizi korlayırsınız”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın