Bazar , Yanvar 29 2023
Ana səhifə / Siyasət / Jalə Əliyevanın həyat yoldaşı vəfat etdi

Jalə Əliyevanın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Jalə Əliyevaya ağır itki üz verib.

Xanım deputatın həyat yoldaşı vəfat edib. Bu barədə Jalə Əliyevanın özü sosial şəbəkədə bildirib.

“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik… 

Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq… Həyat çox qısa, taleh çox amansız… İllər boyu uzaq məsafələrdə yaşadıq… Həsrət heç bitmədi ki… Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi… Sanki vida səfərinə çıxmışdı… Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”.

Həmçinin oxuyun

“Netanyahu səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır” – Deputat

“Gərək İsraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq”.Bu sözləri özünün …