Bazar ertəsi , May 25 2020
Ana səhifə / Siyasət / İTV-nin yeni rəhbəri bu gün bilinəcək

İTV-nin yeni rəhbəri bu gün bilinəcək

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə yeni seçiləcək şəxs öz vəzifəsinin icrasına seçkilərin nəticəsi bəlli olduqdan sonra başlaya bilər.
Azinforum.az xəbər verir ki, bunu Trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov deyib.
Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının bu gün keçiriləcək iclasında seçiləcək. Baş direktor vəzifəsinə namizəd Yayım Şurasının 9 üzvü tərəfindən keçiriləcək gizli səsvermə yolu ilə müəyyən olunacaq. Seçkinin nəticəsi iclasda dərhal açıqlanacaq: “Nəticə bilindikdən sonra seçilən şəxs artıq qanuni olaraq, İTV-nin baş direktoru sayılacaq”.
Qeyd edək ki, İTV-nin sonuncu baş direktoru Cəmil Quliyevdir. Onun səlahiyyət müddəti aprelin 23-də başa çatıb.
İTV-nin baş direktoru vəzifəsinə 5 iddiaçı var. Həmin şəxslər Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızıdır.

Həmçinin oxuyun

“Hansı vəsait hesabına onun ətrafında cangüdənlər, köməkçilər var?“ – Siyavuş Novruzov

“Milli Məclisin üzvləri gəlirləri ilə bağlı 5 ildə bir dəfə deklarasiya verirlər. Hətta deklarasiya düzgün …

Bir cavab yazın