Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / İTV-nin departament rəhbəri işdən çıxarıldı – TV-də növbəti qalmaqal

İTV-nin departament rəhbəri işdən çıxarıldı – TV-də növbəti qalmaqal

İctimai Televiziyanın xəbərlər departamentinin rəhbəri Elgün İbrahimov vəzifəsindən azad edilib.

AzNews.az-a daxil məlumata görə, o, vəzifəsindən dünən çıxarılıb.

Elgün İbrahimov faktı AzNews.az-a təsdiqləyib. Keçmiş departament rəhbəri dünən kadrlar şöbəsinə çağırılaraq işdən çıxması ilə bağlı ərizə yazmasını tələb etdiklərini bildirib: “İyunun 1-də kadrlar şöbəsinə çağırıldım. Heç bir səbəb göstərilmədən guya öz xahişimlə işdən azad edilməyim barədə əzirə yazmağımı istədilər. Mən də yazdım. Şirkətin baş direktorunun ölkədə olmadığı bir halda vəzifədən azad edilmişəm, vaxt itirmədən yerimə yeni təyinat və təqdimat da ediblər. Üzərimdə olan haqları səbəbindən məsələnin təfərrüatlarına getmək istəmirəm. Lakin ümid edirəm ki, baş direktor Cəmil Quliyev iş başına dönəndə, bu məsələ ilə bağlı mövqeyini bildirəcək. Hadisə hələ nəzarətdə ikən müvafiq addımlar atılacaq və İTV-nin nüfuzuna xələl gətirmədən ədalətli qərarla aradan qaldırılacaq”.

Əldə etdiyimiz məlumata görə, İTV-nin xəbərlər departamentinin rəhbəri vəzifəsinə televiziyanın əməkdaşı Rauf Rəcəbov gətirilib.

Xatırladaq ki, Elgün İbrahimov sözügedən vəzifəyə 2015-ci ilin aprel ayında təyin edilmişdi. Onun təyinatına qədər isə xəbərlər departamentinin rəhbəri postu təxminən 1,5 il müddətində boş qalmışdı.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın