Ana səhifə / Siyasət / İtkin düşmüş neftçilərin axtarışına FHN-in 2 helikopteri, 3 gəmisi cəlb olunub

İtkin düşmüş neftçilərin axtarışına FHN-in 2 helikopteri, 3 gəmisi cəlb olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən faciə ilə bağlı növbəti açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Azneft” İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin iki helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri iştirak edir.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

*   *   *12:34

Bu gecə itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayıb bloku aşkarlanıb.

Bu barədə “Azneft” İstehsalat Birliyinin “Facebook” səhifəsində qeyd olunub.

Bildirilib ki, dalğıclar yaşayış blokunun içərisinə daxil olaraq müşahidə aparıblar: “Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Axtarış işləri davam etdirilir”.

*   *   *10:30

Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.

Bu barədə hadisə ilə bağlı “Azneft” İB-də yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, hazırda axtarış işlərini 6 gəmi davam etdirir: “Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri axtarışa cəlb olunur. Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar dalğıc gəmiləri axtarış apara bilmir. Hava şəraiti imkan verdikdə onlar da axtarış işlərinə qoşulacaqlar”.

*   *   *21:11

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.

SOCAR xəbər verir ki, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib.

Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir.

*   *   *16:37

N.Nərimanov adına NQÇİ-dəki hadisə zamanı küləyin uçurduğu yaşayış budkası suyun dibində tapılıb.

Bu barədə virtualaz.org saytına SOCAR-dan məlumat veriblər.

Xəbərdə deyilir ki, dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, vertolyot və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın