Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Siyasət / İtkin düşmüş erməni əsgərinin atası: “Azərbaycanlılara müraciət edəcəyəm”

İtkin düşmüş erməni əsgərinin atası: “Azərbaycanlılara müraciət edəcəyəm”

İtkin düşmüş hərbçilərin qohumları Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

“Ermənistanın səsi” yazır ki, valideynlərdən biri hökumətin işini qənaətbəxş adlandırmayıb. Onun sözlərinə görə, onu narahat edən suallara cavab ala bilməyib.

“Valideynlər ən azı 70% onların suallarına cavab almaq üçün toplaşmışdılar. Mən heç vaxt öz suallarıma cavab almamışam. Mən hökumətin işindən razı deyiləm. Azərbaycanlılarla danışıqlara gedəcəyəm”, – itkin düşmüş hərbçilərdən birinin atası deyib.

Onun sözlərinə görə, itkin düşmüş hərbçilərin axtarışında şəxsən iştirak edib və hətta azərbaycanlılarla danışıqlara da qoşulub.

İtkin düşmüş erməni əsgərlərinin valideynlərinin hökumətə bir sıra sualları var. Onlardan biri itkin düşənlərə, digəri isə həlak olmuş hərbi qulluqçuların qalıqlarının axtarışı və aparılmasına aiddir. Növbəti sual DNT analizi üçün avadanlıqların sayı ilə bağlıdır.

Erməni KİV yazır ki, ötən gün itkin düşmüş hərbçilərin qohumları səhər tezdən Hökumət binasının qarşısına toplaşıblar. Onlar Proşyan küçəsi ilə Baqramyan prospektinin kəsişməsini bağlayıblar. Bu gün onlara baş nazirin müavini Tiqran Avinyanla görüşməyi təklif ediblər, lakin onlar təklifdən imtina ediblər. Virtualaz.org

Həmçinin oxuyun

“Rus xalqı üçün çıxış yolu görmürəm” – Zərdüşt Əlizadə

“Rus xalqının, sadə əhalinin ayağa qalxmasının heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri Rusiyadakı etiraz aksiyaları …