Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İtkin düşmüş deputatlığa namizəd Ramin Hacılıdan xəbər var – Yenilənib

İtkin düşmüş deputatlığa namizəd Ramin Hacılıdan xəbər var – Yenilənib

Ramin Hacılını son dəfə “Şamaxinka”da görüblər.

Xəbər verdiyimiz kimi Azərbaycan Avropa hərəkatının lideri, deputatlığa namizəd Ramin Hacılı itkin düşüb. Bu haqda mediaya onun həyat yoldaşı Aysel Əlizadə məlumat verib. Aysel Əlizadənin dediyinə görə, həyat yoldaşı dünən axşamüstündən yoxa çıxıb və onunla əlaqə saxlamaq hələ də mümkün olmayıb. Sosial şəbəkədəki profilində isə onun 4 saat əvvəl “online” olduğu göstərilir.

Ramin Hacılının yaxın dostlarından Ölkə.az-a daxil olan məlumata görə, onu son dəfə günorta saatlarında paytaxtın “Şamaxinka” deyilən ərazisində görüblər. Ondan sonra Ramin Hacılını heç kəs görməyib.

Xatırladırıq ki, Ramin Hacılı 19 saylı Nərimanov rayonu Birinci seçki dairəsi üzrə “Ümid” partiyasının deputatlığa namizədi idi. Onun namizədliyini geri götürməsi haqda xəbərlər çıxsa da, MSK-dan verilən məlumatda onun adıçəkilən dairədən namizəd olaraq qaldığı bildirilir.

***

Ümid Partiyasının sədr müavini Ramin Hacılı tapılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, R. Hacılının şəxsi problemləri ilə əlaqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.
R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də APA-ya açıqlamasında onun tapıldığını təsdiqləyib: “Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

A. Əlizadə R. Hacılının hansı ölkədə olduğunu açıqlamayıb. Amma  daxil olan məlumata görə Ramin Hacılının hazırda Gürcüstan Respublikasında olduğu bildirilir.

Qeyd edək ki, R. Hacılının ötən axşamdan itkin düşməsi barədə xəbərlər yayılıb. Partiyanın sədri İqbal Ağazadə APA-ya açıqlamasında bildirib ki, R. Hacılının telefonu dünən gün boyu söndürülmüş vəziyyətdə olub./olke.az

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın