Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / İtkin düşən neftçilərə görə SOCAR-a sərt İTTİHAM

İtkin düşən neftçilərə görə SOCAR-a sərt İTTİHAM

Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
Diqqətçəkən məqam isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir neçə gün əvvəl hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq etməsinə məhəl qoyulmamamsıdır.
Qeyd edək ki, xəbərdarlığı nəzərə alan dövlət qurumlarının bir çoxu əvvəldən hazırlıq işləri gördüyü halda, Dövlət Neft Şirkətinin (SOCAR) bu cür yanaşması onun biganəliyindən xəbər verir.
Məsələ ilə bağlı Modern.az-a danışan Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhərmanlı deyib ki, Dövlət Neft Şirkəti(SOCAR) belə məlumatlara biganə yanaşır:
“Sadəcə baş verən hadisələrin kökünü araşdırmaqdansa, hər şeyi küləyin üzərinə yıxırlar. 10-cu platformada da, neft daşlarında da, bu gün N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində də baş verən hadisə zamanı saniyədə 40 metr külək əsib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbər verməkdə məqsədi odur ki, baş verə biləcək hər hansı neqativ hala qarşı hazırlıqlı olsunlar”.
M.Qəhrəmanlı bildirib ki, bu gün baş verənlər küləyin yox, keyfiyyətsiz tikintinin nəticəsidir:
“Külək olub-olmamasından asılı olmayaraq estakada uçmamamlı idi. Bu dəfə hər şeyi küləyin üzərinə ata bilməyəcəklər.”
Təhlükəsizlik tədbirləri görülmür, küləyin yarada biləcəyi fəsadlar nəzərdə tutulmur. Ən ağırı və qəzanın baş verməsinə səbəb keyfiyyətsiz işin nəticəsidir. Estakadaların təmiri keyfiyyətsizdir, istirahət üçün budkaların tikintisində heç bir qaydalara riayət edilmədiyindən insanlar həlak olur. Hadisə zamanı insanlar istirahət butkasının içərisində olub və budkaqarışıq dənizə düşüblər”.
Hüquq müdafiəçisi deyib ki, baş verənlər ən çox da cəzasızlığın nəticəsidir:
“Bunlar ən çox da cəzasızlığın nəticəsidir. Çünki indiyədək baş verən hadisələrə görə kimsə məsuliyyətə cəlb olunmayıb. Yalnız 19-cu platformada baş verən yanğından sonra 4 nəfər işdən çıxarıldı. Bildirildi ki, həmin işçilər texnoloji qaydaları pozduğu üçün qəza baş verib. Qalan heç bir halda vəzifəli şəxslərdən birinə gözünün üstdə qaşın var deyən olmayıb”. (modern.az)
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloğlan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …

Bir cavab yazın