Çərşənbə , İyun 16 2021
Ana səhifə / Siyasət / İTC nümayəndə heyətinin KKTC-nin Bakı nümayəndəliyi ilə görüşü keçirilib – FOTOLAR

İTC nümayəndə heyətinin KKTC-nin Bakı nümayəndəliyi ilə görüşü keçirilib – FOTOLAR

Bu gün İrəvan Türk Cümhuriyyəti (İTC) nümayəndə heyətinin Kuzey Kıprız Türk Cümhuriyyəti Bakı nümayəndəliyi ilə görüşü keçirildi.

Görüşdə İTC-nin nümayəndə heyətinə rəhbərlik edən Paşa Həsənli KKTC-nin Bakı nümayəndəliyinin rəhbəri xanım Növber Ferit Veçhiyə İTC MŞ-nın başqanı hörmətli Qafar bəy Çaxmaqlının xoş arzularını çatdıraraq İTC-nin yarandığı vaxtdan görülən və görüləcək işlər haqqında geniş məlumat verdi.

Qarşılıqlı görüş zamanı bir çox məsələlər müzakirə olundu. Müzakirələr zamanı hər iki dövlətin beynəlxalq hüquq çərçivəsində soydaşlarımıza qarşı törədilən deportasiyaların və öz həllini tapmayan bir neçə məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı. Görüşdə iştirak edən İTC rəhbərliyində yer almış Qələndər Muxtarlı, Əli Mustafa və Təbriz Musayev maraqlı təkliflərlə çıxış edərək görüşdən məmnun olduqlarını qeyd etdilər. Eyni zamanda xanım Növber Ferit Veçhi görüşüdən məmnun olduğunu bildirərək bundan sonra da keçiriləcək görüşlərin səmərəli olacağını qeyd etdi.

Azinforum.az

Həmçinin oxuyun

15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir… – ŞƏRH

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli …