İtaliyanın baş nazirini kim öldürtmüşdü? – TAM MƏXFİ

Dünyada bir çox dövlət rəsmiləri istər terror təşkilatları, istərsə də xüsusi xidmət orqanları tərəfindən vaxtaşırı sui-qəsdlərə məruz qalıblar. Belə siyasi liderlərdən biri də 80-cı illərdə İtaliyanın baş naziri olmuş Aldo Morodur.
Moro 1978-ci ildə Romada sui-qəsd nəticəsində ölüdürülüb və o qətlin əsl səbəbkarı hələ də dəqiq bilinmir. İtaliyanın mərhum baş naziri öz ölkəsi üçün müəyyən edilən “postindustrial sıfır inkişafı” və əhalinin sayının ixtisarı siyasətinin əleyhinə çıxan liderlərdən biri idi. Qaçırıldıqdan sonra terrorçular tərəfindən düz 55 gün gizli saxlanılmış, daha sonra isə vəhşicəsinə öldürülmüşdü.

Qətldə Mərkəzi Kəşfiyyat İdarəsinin izi

İtaliya baş nazrinin ölümündə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin adının hallandırılması heç də təsadüfi deyil. Buna dair müəyyən iddia və dəlillər var. “The Daily Telegraph” nəşri hətta bir qədər əvvəl yazmışdı ki, İtaliya baş nazirinin ölümündə ABŞ-ın İtaliyadakı o zamankı səfiri də iştirak edib.

Maraqlıdır ki, sui-qəsdə uğradığı gün mərhum baş nazir Xristian Demokratlar və İtaliya Kommunist partiyası arasında ittifaqla bağlı vacib siyasi müzakirələrə qatılmalı idi. Bəzi iddialara görə, elə məhz bu səbəbdən də ABŞ-ın xüsusi xidmət orqanları onu aradan götürmüşdü. Çünki həmin görüşə gedən baş nazirin cibində yeni hökumətdə təmsil olunacaq nazirlərin adları əks olunmuş siyahı da olub və ən əsası, həmin nazirlərin sırasına İtaliya Kommunist Partiyasından da siyasətçilər daxil edilmişdi. Elə ona görə də ABŞvəziyyətlə müdaxilə etmiş və Mərkəzi Kəşfiyyat İdarəsi İtaliya baş nazirinin ölümünə fətva vermişdi.

Bir məqamı da xatırlatmaqda fayda var: Baş nazirin ölümünü icra edən “Qırmızı briqada” terror qruplaşması məhz CİA tərəfindən İtaliyada yaradılmışdı və əsas hədəfi də kommunizmə qarşı mübarizə idi.

“The Daily Telegraph” nəşrinin yazdığına görə, Aldo Moronun həyat yoldaşı öz ifadəsində bildirmişdi ki, mərhum baş nazir ABŞ Dövlət Katibi Henri Kissincer tərəfindən dəfələrlə təhdid olunmuş və Kommunist Partiyası ilə danışıqlara gedəcəyi halda böyük problemlərlə qarışlacağına dair əvvəlcədən xəbərdar edilmişdi.

Sui-qəsdlə bağlı məhkəmədə dindirilən şahidlərdən bir neçəsi işin içində amerikalıların olduğunu etiraf etmişdilər, hətta şahidin dilindən Henri Kissincerin də adı çəkilmişdi. Məsələn, bildirilmişdi ki, Moro ABŞ-a səfəri zamanı kommunistlərin də yeni hökumətdə təmsil olunacağını söyləyəndə o zamankı dövlət katibi Henri Kissincerdən çox sərt təpki görmüşdü. Kissincer bildirmişdi ki, bu qərar ABŞ üçün təhlükəli və qəbuledilməzdir.

Bəzi qaynaqların yazdığına görə, o dövrdə Kissincer ABŞ-ın xarici siyasətini həyata keçirməkdən çox, “300-lər komitəsi”nin xarici siyasət bölməsi olan “Roma Klubu”nun təlimatlarına uyğun hərəkət edirdi.

İşin arxasında MKİ-nin (CİA) olduğunu göstərən başqa bir fakt da var. ABŞ Dövlət Departamentinin beynəlxalq böhran şöbəsinin rəsmisi Stiv Piczenik “Aldo Moronu biz öldürdük” adlı kitabında çox ciddi etiraflar yazmışdı. Diplomat qeyd edirdi ki, İtaliyanın baş naziri ABŞ-ın maraqlarına əks addımalar atmağa başlamışdı və onun Kommunist Partiyası ilə ortaq dil tapması, eləcə də onların hökumətdə təmsilçiliyinə imkan yaratması Vaşinqtonun İtaliya ilə bağlı planları ilə heç cür uyuşmurdu. Bu səbəbdən də Mərkəzi Kəşfiyyat İdarəsi onu aradan götürdü.

İtaliyanın xüsusi xidmət orqanlarına kim nəzarət edir?

Məlumdur ki, baş nazir Aldo Moro “Qırmızı briqada” adlı terror təşkilatı tərəfindən 1978-ci ildə qaçırılmışdı. Təəccüblüdür ki, polis onu 55 gün axtarsa da, heç cür tapa bilməmişdi. Bu, necə ola bilər?

Ortada başqa ciddi suallar da var: “Qırmızı briqada” adlanan terror qruplaşması həmin gün baş nazirin olduqca önəmli toplantıya qatılacağını necə və hansı mənbədən öyrənə bilmişdi?

Qətllə bağlı başqa bir versiya da var. Belə ki, Moronun ölümündə İtaliya xüsusi xidmət orqanlarının da əli olduğu güman edilir. Buradan belə nəticə çıxır ki, İtaliya xüsusi xidmət orqanlarının özləri də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) təsiri altında olub.

Keçmiş polis müfəttişi Enriko Rossi 2009-cu ildə qəzetlərdən birinə göndərilən anonim etiraf məktubunun ilk əvvəl ona çatdığını açıqladı. Polis müfəttişinin dediyinə görə, məktubda etiraf edən anonim şəxs bildirirdi ki, Aldo Moronun qaçırılması zamanı “Qırmızı briqa” terror qruplaşmasına İtaliya xüsusi xidmət orqanının iki əməkdaşı nəzarət edib. Elə bu etiraf məktubunu da həmin qaçırılma olayında iştirak edən keçmiş xüsusi xidmət orqanın işçisi ölümündən bir müddət əvvəl yazıb.

Moro CİA-nın onu öldürəcəiyini bilirdi

Bəzi mənbələr yazır ki, İtaliya xüsusi xidmət orqanın əməkdaşı (adı çəkilmir) baş nazirlə görüşərək, vəziyyətin necə mürəkkəb olduğunu ona izah etmişdi. Lakin baş naziri kommunistlərlə ittifaqa getmək fikrindən daşındıra bilməmişdi.

Qətlin ətrafında baş vermiş digər müəmmalı ölümlər də maraq doğurur. Baş nazirin məktublarının tədqiqat materialı kimi yaxından araşdıran iki şəxsdən biri – jandarm generalı Karlo Alberto kasslik mafiya üslubunda, silahlı hücumla müəmmalı şəkildə öldürülmüşdü. Baş nazirin öldürülməsini dərindən araşdıran Mina adlı jurnalist isə 1979-cu ildə Romada küçələrin birində güllələnmişdi.

Ümumiyyətlə isə, mərhum baş nazirin konkret qatili, sifarişin hansı xüsusi xidmət orqanından gəlməsi kimi faktlar bu gün də açılmamış qalmaqdadır. (AzVision.az)

Zdrave universal kremi zdrave forte