Ana səhifə / Siyasət / İtaliya prezidenti: “Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz”

İtaliya prezidenti: “Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz”

İtaliya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərəcək.

Bu barədə İtaliya prezidenti Sercio Mattarella Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə bildirib.

S.Mattarella qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hərbi həll yoluna malik ola bilməz, münaqişə yalnız siyasi yolla həll olunmalıdır.

Prezident vurğulayıb ki, İtaliya ATƏT-ə sədrlik dövründə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətin balanslaşdırılmasına davam edəcək, o cümlədən ATƏT-in Minsk Qrupunda həmsədrlik çərçivəsində münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərəcək/Trend

Həmçinin oxuyun

“Bu məsələni Əliyevlə müzakirə etmişəm” – Zurabişvili sərhəddən danışdı

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət …