Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İstilik təchizatı tarifləri də qaldırılacaq?

İstilik təchizatı tarifləri də qaldırılacaq?

“Azəristiliktəchizat” ASC göstərdiyi xidmətə görə qiymətlərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bu barədə virtualaz.org-a ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu məsələ Tarif Şurasının səlahiyyətində olduğundan qiymətin qaldırılıb-qaldırılmayacağı haqqında heç nə deyə bilməz: “Bu yaxınlarda Nazirlər Kabineti isti su təchizatını qiyməti dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarıb. Amma bu o demək deyil ki, mütləq isti suyun qiyməti qaldırılacaq. Ümumiyyətlə, “Azəristiliktəchizat” ASC rəsmi olaraq Tariş Şurasına bununla bağlı heç bir müraciət etməyib. Məndə tarifin qaldırılacağı ilə bağlı məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycan Tarif Şurasının 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissəsi üçün dəyişdirilərək 20 qəpik müəyyənləşdirilib. İllik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün bu tarif dəyişməyərək 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Qazın qiyməti qalxdığına görə, ekspertlər istilik tariflərinin də qaldırılacağını ehtimal edilir.

Hazırda isti su Bakının mərkəzində bir sıra binalara verilir. Bunun üçün yaxınlıqda qazanxana və mühəndis kommunikasiyası tələb olunur. Bu xidmətin 1 kubmetri əhaliyə 0,40 manata, qeyri-əhali qrupuna isə 1,50 manata başa gəlir. “Azərsu” ASC “Azəristiliktəchizat” ASC-ni su ilə 1,30 manata təchiz edir.

Məlumat üçün bildirək ki, sonuncu dəfə istilik təchizatının qiymətinə 5 il əvvəl, 28 noyabr 2011-ci ildə baxılıb. İstilik təchizatının tarifi yaşayış sahəsinin 1 kv m-i üçün 0,15 manat, başqa istehlakçılar üçün 0,25 manatdır.

Tarif Şurası noyabrın 28-də “Azəristiliktəchizat” ASC üçün su təchizatı və kanalizasiya suyunun axıdılması tarifini 2017-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu üçün 0,50 manat, ölkənin başqa regionları üçün 0,45 manat müəyyən edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın