Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / İstanbul terroru və Türkiyəni zəiflətməyə çalışan qlobal güclərin üst-üstə düşən mövqeləri

İstanbul terroru və Türkiyəni zəiflətməyə çalışan qlobal güclərin üst-üstə düşən mövqeləri

Türkiyəni yolundan döndərmək, onu zəiflətmək, regional və beynəlxalq səviyyəli proseslərə təsir imkanlarını azaltmaq üçün bir qayda olaraq terror kartından istifadə edilib. Təəssüflər olsun ki, bu gün də qardaş ölkəyə qarşı bu cür məkirli plan davam edir. Ötən gün İstanbulun Bəyoğlu məhəlləsində baş verən terror aktı belə deməyə əsas verir. Rəsmi məlumatlar, eləcə də Türkiyənin daxili işlər naziri Süleyman Soylunun açıqlamasından məlum olur ki, terror aksiyasını həyata keçirən şəxs, eləcə də onunla əlbir olan bir qrup terrorçu saxlanılıb. Süleyman Soylunun “Bu bizə verilən mesaj idi və biz bu mesajı aldıq” fikri haqlı olaraq belə bir sual yaradıb, Türkiyəyə bu  mesajı verən kimlərdir?

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov verdiyi açıqlamada deyib ki, İstanbul terroru bir neçə hədəflənib və Türkiyəyə bu mesajı verənlər qardaş ölkənin inkişafını istəməyən güclərdir: “İlk növbədə onu nəzərə almaq lazımdır ki, Türkiyənin günümüzdə artan beynəlxalq nüfuzu onu qlobal bir aktora çevirib. Təsəvvür edin ki, heç bir dünya liderini qəbul etməyən, eşitməyən Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hesablaşır, onun fikirlərinə hörmətlə yanaşır. Bir neçə gün əvvəl məhz Ərdoğanın ciddi cəhdlərindən sonra Rusiya “Taxıl sazişi”ni davam etdirməyə razılaşdı. Bu ilk növbədə Türkiyənin və onun liderinin gücü, nüfuzu deməkdir. Təbii ki, bu amil də dünyanı idarə etmək istəyində olan dövlətləri, onların liderlərini razıl salmır, Ankaraya, onun hakimiyyətinə qarşı bir qıcıq yaradır. Ona görə də Türkiyənin inkişafı, onun qlobal güc olmasını istəməyən dairələr İstanbul terrorundan Türkiyəni zəfiltətmək, daxildə ziddiyyət yaratmaq üçün faydalana bilərlər”. İctimai Birlik sədrinin sözlərinə görə, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun “Amerika Konsulluğunun başsağlığı mesajını rədd etdik” kimi ifadəsi də bu mənada təsadüfi deyil.

Arzuman Abdulkərimov deyib ki, İstanbul terroru həm də seçki öncəsi Rəcəb Tayyib Ərdoğana zərbə vurmaq, onu seçkilərdə məğlub duruma düşürmək üçün də bir vasitə sayıla bilər: “Çünki Ərdoğan hökuməti istər Qərb, istərsə də Avropa üçün sözün həqiq mənasında göz dağıdır. Hər iki güc mərkəzinin ayrı-ayrı regionlarda hazırladıqları xain planlarını məhz Ərdoğanın düşünülmüş və prinsipial siyasəti pozur. Ona görə də istər ABŞ, istərsə də Avropanın bəzi ölkələri 2023-cü il seçkilərində Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməməsi üçün əlllərindən gələni əsrigəməyəcəklər. Bu mənada İstanbul terroru həmin xairici dairələr üçün əlverişli situasiya rolunu oynaya bilər. Bu kimi insdentlər, terror aktlarının seçkilərə qədər bir neçə dəfə də həyata keçirilməsinə çalışılacaq ki, cəmiyyətdə, insanlar arasında Ərdoğanın nüfuzu aşağı düşsün və o 2023-cü il seçkilərində qalib gələ bilməsin”.

İctimai Birlim sədri sonda onu da qeyd edib ki, İstanbul terrorunun Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündən sonra baş tutması da təsadüfi sayıla bilməz: “Türkiyədə xain terror aktını həyata keçirənlər və bu prosesdə maraqlı olanlar eyni zamanda,  türk birliyindən ehtiyat edən, bu birliyə qarşı çıxan beynəlxalq güclərdir ki, qeyd etdiyimiz hər çün məqam üzrə həmin xain qüvvələrin Türkiyə ilə bağlı mövqeləri üst-üstə düşür”.

Arzuman Abdulkərimov eyni zamanda onu da deyib ki, bu məsələlərdə təkcə Türkiyə deyil, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələr də ehtiyatlı olmalı, ciddi təhlükəsizlik tədbirləri həyata keçirməlidirlər: “Bu türk dünyasına olan ümumi bir qıcıqdır. Bunu Azərbaycana olan münasibətdə də hiss edirik. Bu günlərdə İranın casus şəbəkəsinin Azərbaycanda zərərsizləşdirilməsi onu deməyə əsas verir ki, biz də təhlükəsizliyimizi ciddi şəkildə qoruyaq. Çünki Azərbaycan da öz növbəsində türk birliyinin yaranmasında çox maraqlıdır və bu istiqamətdə ciddi fəaliyyətlər ortaya qoyur.Ona görə biz də özümüzü sığortalamaq üçün ciddi tədbirlər görməliyik. Düzdür, təhlükəsizliyimiz etibarlı əllərdədir, ancaq buna baxçayaraq yenə də ehtiyatımızı əldən verməməliyik”.

Həmçinin oxuyun

Prezident deputatları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam …