Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / “İstəyirsən, yetim-yesirin pensiyasını kəs ver ermənilərə…”

“İstəyirsən, yetim-yesirin pensiyasını kəs ver ermənilərə…”

Müharibənin baş çatmasından ilyarımdan çox vaxt keçir. Lakin bu müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmaması ilə paralel olaraq, Qarabağ ermənilərinin mövqeyində də hər hansı yumşalma müşahidə olunmur. 

Azərbaycan Qarabağda yaşayan erməniləri separatçıların təsirindən necə çıxara biıər? Qarabağ ermənilərini birgəyaşayışa cəlb etmək üçün hansı addımlar atılmalıdır?

Mövzunu şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında Ermənistanın heç bir vaxt sülh sazişinə və Azərbaycanın sərhədlərinin tanınmasına imza atmayacağını deyib.

“İstəyirsən yetim-yesirin pensiyasını kəs ver ermənilərə, istəyirsən Azərbaycan xalqından daha yaxşı yaşamağı vəd et, istəyirsən onlara qızıl ver, xeyri yoxdur. Onlar yenə də Azərbaycan vətəndaşlığın qəbul etməyəcək. Çünki onların ürəyində türklərə qarşı kin var. Cənab Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, əgər Azərbaycanın ərazi bütövlüyünü tanısalar, vətəndaşlığımızı qəbul etsələr, bizimlə yaşamağa razı olasalar, dövlət onlara sahib çıxacaq. Lakin onların düşüncəsinə, ideyasına, öyrədildiklərinə əsasən demək olar ki, ağıllarında “ac da qalsaq, ölsək də türkə boyun əymərik” düşüncəsi var”.

Siyasətçi Qarabağ ermənilərinin separatçıların təsirinə düşməsinə sərt reaksiya verib. Deyib ki, separatçılarla əlbir olub Azərbaycana qarşı çıxan, dövlət müstəqilliyimizə, suverenliyimizə təhlükə tərədən hər kəsin başını ilanın başını əzər kimi əzmək lazımdır:

“30 ildir biz lazımi addımları atdıq, lakin bundan sonra onlarla birgə yaşamaq üçün yaltaqlanası deyilik. Xanlarımızın, bəylərimizin yaşadığı Qarabağ torpağnda yaşayırlar, üstəlik, bizi bəyənmirlər. İstəyən bizim qanunlarımızı, tələblərimizi yerinə yetirər bizimlə birgə yaşayar, istəməyən cəhənnəm olub öz xarabasına gedər”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …