Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / İsraildən Azərbaycana terror xəbərdarlığı

İsraildən Azərbaycana terror xəbərdarlığı

DTX: “…Zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur”
“Azərbaycan Respublikasının təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün digər hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görülür və əməliyyat şəraitinə nəzarət olunur”.

Bunu İsrailin terrorla mübarizə qərargahının bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda terror təhlükəsinin olması barədə sputnik.az-ın sorğusunu cavablandırarkən, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. DTX rəsmisi qeyd edib ki, Azərbaycanda təhlükəsizlik şəraiti yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, İsrailin terrorla mübarizə qərargahı Pesax bayramı ərəfəsində çoxlu sayda israillinin ölkə xaricinə getməsini nəzərə alaraq xəbərdarlıq yayıb. Qərargahın saytında yer alan məlumata görə, Türkiyə, Pakistan və bir neçə Afrika ölkəsi səfər üçün ən təhlükəli yerlərdir.

Sözügedən terror təhlükəsi olan ölkələrin siyahısında Azərbaycanın da adı var. İsrailin terrorla mübarizə qərargahı vətəndaşlara xüsusi ehtiyac olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib.

Eyni zamanda qərargahın xəbərdarlığında vətəndaşlara hara getmələrindən, harada olmalarından (o cümlədən Qərbi Avropada) asılı olmayaraq diqqətli olmaq məsləhət görülür. Qərargah İsrail vətəndaşlarına ən təhlükəsiz saydıqları məkanlarda belə, sıx insan kütləsinin olduğu və terror aktlarının törədilməsinin mümkün olacağı yerlərdən, o cümlədən stadionlardan, dəmir yolu stansiyalarından, alış-veriş mərkəzlərindən və s. uzaq durmağı tövsiyə edib.

Nəzərə çatdıraq ki, İsrail demək olar ki, hər il bu tipli xəbərdarlıqlar yayır. Ekspertlər bildirir ki, bu cür xəbərdarlıqlar təkcə təhlükəsizlik məqsədi ilə deyil, həm də siyasi xarakter daşıyır.

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …

Bir cavab yazın