Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / İsrail Prezidenti:”AXC-nin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu”

İsrail Prezidenti:”AXC-nin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu”

İsrailin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

İsrail Dövləti adından Sizi və xalqınızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik etmək mənim üçün şərəfdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bu regionun tarixində dönüş nöqtəsi oldu və 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası Sizin xalqınızın bu demokratik ənənəni davam etdirməsinə imkan yaratdı.

Biz Sizə və Azərbaycan xalqına sülh və firavanlıq arzulayırıq. Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da genişləndirmək üçün gələcək illərdə də Sizinlə əməkdaşlığa ümid edirəm”.

Həmçinin oxuyun

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar …