Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / İsrail müdafiə naziri Azərbaycanla bağlı paylaşım etdi

İsrail müdafiə naziri Azərbaycanla bağlı paylaşım etdi

Azərbaycanın paytaxtı Bakıda keçirilən bir neçə mühüm görüşdən sonra uğurlu gün başa çatdı.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant özünün “Twitter” səhifəsində paylaşım edib.

“Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair ümumi istəyimizi müzakirə etdik. Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimizi gücləndirməyə davam edəcəyik”, – deyə nazir bildirib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …