Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / İsrail mətbuatı Azərbaycandan yazdı

İsrail mətbuatı Azərbaycandan yazdı

Beynəlxalq Diaspor Mərkəzinin dəvəti ilə bu ilin iyul ayında İsrailin Baş nazirinin beynəlxalq məsələlər üzrə köməkçisi, İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və İsrail Beynəlxalq Diplomatiya Mərkəzinin sədri Mendi Safadi ölkəmizdə səfərdə olub.

Səfər çərçivəsində İsrailli qonaq BDM və digər təşkilatlar tərəfindən təşkil edilmiş bir sıra tədbirlərdə və görüşlərdə iştirak edib.

İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyəti və Beynəlxalq Diaspor Mərkəzi arasında əməkdaşlığa dair Mendi Safadi və İsmayıl Ağayev tərəfindən memorandum imzalanıb.

Qeyd edək ki, Israil baş nazirinin köməkçisi ölkəsinə döndükdən sonra Azərbaycanla bağlı açıqlama verib. O, açıqlamasında Azərbaycanın regional ticari və enerji ehtiyatları baxımından əhəmiyyətli respublika olduğunu söyləyib və Avropa üçün ciddi tərəfdaş kimi dəyərləndirib. O, Dağlıq Qarabağ probleminə də toxunaraq Azərbaycan dövlətinin və onun prezidenti cənab İlham Əliyevin sülh çağırışlarına baxmayaraq Ermənistanın hələ də işğalci siyasətini yürütdüyünü bildirib.

Mendi Safadi müsahibəsində müsəlman türk ölkəsi olan Azərbycanın bütün dinlər üçün yaşanılan ən rahat ölkə olduğunu və 1500 ildən bəri bu ölkədə yahudilərin xoş və firəvan yaşadığını qeyd edib.O, Azərbaycandakı səfərini yüksək qiymətləndirərək, Milli mətbuatımızın 140 illik tədbirlərində iştirakında məmnunluq hissini və bu dəvətə görə BDM sədri İsmyıl Ağayevə və BDM-in yaxın şərq üzrə nümayəndəsı Alexander-Şapiro-Sulimana təşəkkürlərini bildirdiyini qeyd edib .

Mendi Safadinin musahibəsinin tam mətni

http://www.jerusalemonline.com/news/middle-east/israel-and-the-middle-east/ayoob-karas-adviser-the-azeris-want-to-be-close-to-israel-14946

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın