Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / İsrail Bakıdakı səfirliyinə planlaşdırılan hücumla bağlı İranı ittiham edir

İsrail Bakıdakı səfirliyinə planlaşdırılan hücumla bağlı İranı ittiham edir

“İsrailin Azərbaycandakı səfirliyinə uğursuz hücumun arxasında İran dayanır”.

Bunu İsrailin xarici işlər naziri Eli Kohen bəyan edib. Onun sözlərinə görə, İsrailin Azərbaycandakı səfirliyinə qarşı terror aktı törətməyi planlaşdıran terrorçu İran tərəfindən maliyyələşdirib və göstərişləri birbaşa oradan alıb:

“İran terroru qlobal təhlükədir, bunu biz son bir neçə gündə Azərbaycanda İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində gördük”.

Kohen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıb.

Həmçinin oxuyun

“Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi əhəmiyyət verir”

“Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, İslam həmrəyliyi kimi möhkəm təməllər üzərində qurulmuş, …