Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / İsmayıl Şıxlının oğlundan etiraz: “Atamla bağlı dedikləri yanlışdır”

İsmayıl Şıxlının oğlundan etiraz: “Atamla bağlı dedikləri yanlışdır”

Mərhum eks-prezident, Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin yaxın silahdaşı və müşaviri olmuş Aydın Abbasovun (Türk Aydın) Moderator.az-a müsahibəsində səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Aydın Abbasov müsahibəsində Azərbaycanın tanınmış ziyalıları Yusif Səmədoğlunu, Murtuz Ələsgərovu, Azad Mirzəcanzadəni, İsmayıl Şıxlını məhz Ə.Elçibəyin Azərbaycan Xalq Cəbhəsinə (AXC)-yə gətirərək təşkilatın Ali Məclisinə üzv etdiyini bildirib.
Müsahibimizim bu fikirləri isə mərhum Xalq yazıçısı İsmayıl Şıxlının oğlu, tanınmış jurnalist Elçin Şıxlının etirazına səbəb olub.
Redaksiyamızla əlaqə saxlayan Elçin bəy A.Abbasovun İsmayıl Şıxlı ilə bağlı dediklərinin həqiqətdən uzaq olduğunu söyləyib:
“Müsahibədə başqa faktlarla bağlı heç nə deyə bilmərəm, amma İsmayıl Şıxlı ilə bağlı dediyi yanlışları gözardı edə bilmirəm. Elçibəy atamı istəsə də partiyasına, özü də şəxsi nüfuzundan istifadə edib gətirə və Ali Məclisinin üzvü edə bilməzdi. Atam Sov.İKP üzvlüyündən çıxandan sonra heç bir partiyada olmayıb. Daha sonra Xalq Cəbhəsi yaradılması ilə bağlı 1989-cu ilin əvvəlində millətə o zaman 4 nəfər müraciət etmişdi: İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu və Sabir Rüstəmxanlı. İdeyanı irəli sürən də Leyla Yunus, Zərdüşt Əlizadə və digərləri olublar. Dediklərimə sübut kimi AXC-nin 15 nəfərdən ibarət ilk İdarə heyətinin siyahısına baxmaq kifayətdir:
İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov,. Əbülfəz Elçibəy.
(https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Xalq_C%C9%99bh%C9%99si).
Atam xalq hərəkatında kifayət qədər fəal iştirak etsə də, AXC-nin toplantılarında tez-tez olsa da, rəsmən heç bir strukturunda olmayıb. Bu tarixdir, özü də yaxın tarix”.
moderator.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın