Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İsmayıl Ağayev qərərgah yaratdı

İsmayıl Ağayev qərərgah yaratdı

Azinforum.az xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevin 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyinin qeydə alınması ilə bağlı Mərkəzi Seçki Kommisiyası (MSK) tərəfindən qərar qəbul edilib. Seçki hazırlıq işlərinin aparılması məqsədilə seçki qərargahı da yaradılıb. Seçki qərargahından bildirilib ki, artıq bu gündən etibarən qərargah öz fəaliyyətinə başlayıb, namizədin vəkillərinin və məntəqələrə müşahidəçilərin təyin olunması və digər təşkilati və texniki məsələlərlə bağlı hazırlıq işləri görülməkdədir.  Qeyd edək ki, seçki qərargahına kimin rəhbərlik etməsi ilə bağlı heç bir məlumat verilməyib.

Azinforum.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın