Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İsmayıl Ağayev növbəti dəfə seçicilər ilə görüşüb  – VİDEO

İsmayıl Ağayev növbəti dəfə seçicilər ilə görüşüb  – VİDEO

Milli Məclisə seçkilərdə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd İsmayıl Ağayev Salyanın Parçaxalac və Xalac kəndində seçicilərlə növbəti görüşünü keçirib.

Namizədin Seçki Qərargahından APA-ya bildirilib ki, namizədin vəkili, pedaqoq Gülayə Tağıyeva və İsgəndər Cəfərov onun ictimai-siyasi fəaliyyəti haqqında seçicilərə məlumat verib.

Daha sonra çıxış edən şair, AYB-nin üzvü, professor Ənvər Əhməd, Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri, akademik Natiq Bədəlov, Çeçenistanın milli qəhrəmanı, 20 yanvar əlili Arif Məhərrəmov deputatlığa namizəd İsmayıl Ağayevə uğurlar arzulayaraq seçkilərdə kənd sakinlərinin fəal olaraq seçkiyə gəlmələrini və gələcəkləri üçün doğru seçim etmələrini söyləyiblər. Professor Ənvər Əhməd bldirib:  “Nəyə görə xalqın qeyrətli oğulları xaricə işləməyə getməlidirlər? Nəyə görə Salyanda iş yerləri yoxdur? Xalqın səsinə hay verənə səs verin ki, bu problemlər öz həllini tapsın”.

Kənd sakinləri adından çıxış edən hər iki kəndin ağsaqqal və axundları İsmayıl Ağayevə xeyir-dua verərək, onun layiqli namizəd olduğunu qeyd edib və hamını ona səs verməyə çağırıb. Axund Hacı Oqtay Məmmədov sakinlərin heç nədən və heç kimdən qorxmamalarını, öz istədikləri layiqli namizədə səs vermələrini rica edib. Kənd sakinləri Ağa Abbasov və Solmaz Əlibalayeva bu illər ərzində kəndin üzləşdiyi problemlərdən danışıblar. Solmaz Əlibalayeva bildirib ki, yolları bərbad gündədir: “Məhsulumuz xarab olur, saxlamağa nə anbar, nə soyuducu var”.

Kənd sakini Ağa Abbasov çıxışında evinin yandığını və dəfələrlə aidiyyatı qurumlara və insanlara müraciət etsə də bunun nəticəsiz qaldığını və hazırda uçuq evdə yaşadığını bildirib.

Sonda çıxış edən namizəd İsmayıl Ağayev bildirib ki, o, daim seçicilərinin problemlərini, onları narahat edən məsələləri diqqət mərkəzində saxlayaraq, problemlərin həlli üçün əlindən gələni edəcəyinə və parlamentdə onların səsi olacağına söz verib: “Heç kimdən qorxmayın, səsinizi çıxarın ki, səsinizə səs versinlər. Salyan mənim üçün doğma yerdir. Burada mənim Qərbi Azərbaycandan ermənilər tərəfindən deportasiya edilmiş yerlilərim, qohum-əqrəbam məskunlaşıb. Mən sizlərin qarşısında seçki platformamda hansı vədləri vermişəmsə, sizi hansı problemlər narahat edirsə, xüsusilə şəhid və aztəminatlı ailələrin, müharibə veteranlarının, qadın və uşaqların problemlərini öz şəxsi problemim bilərək onların həlli üçün çalışacağıma söz verirəm”.

Sonda İsmayıl Ağayevin ictimai-siyasi fəaliyyəti haqda film nümayiş olunub.

 

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın