Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Siyasət / İslamiadanın növbəti günü Azərbaycana 17 medal gətirdi

İslamiadanın növbəti günü Azərbaycana 17 medal gətirdi

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycanın daha 17 idmançısı medal qazanıb. Ən çox qızıl medalı boksçular və yunan-Roma güləşçiləri əldə ediblər.

Dəri əlcək ustalarından Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq), pəhləvanlardan isə Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medallara taekvondoçu Ramin Əzizov (80 kq), para-atletikanın T11 kateqoriyalı qaçış növündə Nurlan İbrahimov və voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası yiyələnib.

Gümüş medallara para-atletikanın T11 kateqoriyalı qaçış növündə Elçin Muradov, həmçinin, boksçular Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) sahib çıxıb.

Bürünc medallar Məhəmməd Məmmədov (63 kq), suya tullanan Dmitri Sorokin, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və boksçu Tayfur Əliyevə (56 kq) nəsib olub.

Beləliklə, gün ərzində 9 qızıl, 4 gümüş və 4 bürünc medal qazanılıb. Hazırda Azərbaycanın 116 medalı var ki, bunlardan 59-u qızıl, 33-ü gümüş, 24-ü bürüncdür. Siyahıya 155 medalla Türkiyə başçılıq edir. Bu ölkənin 60 qızıl, 52 gümüş və 43 bürünc medalı var. Azərbaycan isə həm medal sayı, həm də medal əyarında ikincidir.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın