Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Siyasət / İslamiada: Azərbaycan yığması liderdir – CƏDVƏL

İslamiada: Azərbaycan yığması liderdir – CƏDVƏL

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə ilk medallar sahiblərini tapıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, yarışda 30 medal dəsti oynanılıb.

Ağır atletika, cüdo, bədii gimnastika, üzgücülük, atıcılıq, karate və paracüdo üzrə qaliblər müəyyənləşib. Azərbaycan yığması günü uğurla başa vurub.

Millimiz medal sayında 1-ci yeri ələ alıb. Yığmamız buna 22 medal qazanmaqla nail olub. İdmançılarımız günü 10 qızıl medalla tamamlayıb. Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandamız 9 gümüş medal qazanmağa nail olub. Məhz bu da yığmamızla eyni sayda – 10 qızıl əldə edən Türkiyəni arxada qoymaq imkanı verib. İdmançılarımızdan Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.

Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Ümumiyyətlə, ilk gündə medalların əyarında Azərbaycan öndə olubsa, ümumi sayda Türkiyə liderliyi ələ alıb – 27 mükafat. Sahibini tapan 102 medala isə 17 ölkə idmançıları yiyələnib. Çempionluq sevincini isə yalnız 8 ölkədən olan atletlər yaşayıb.

Həmçinin oxuyun

İmamoğlunun mandatı nə zaman veriləcək? – YSK sədrindən rəsmi açıqlama

İstanbulda yenilənən bələdiyyə seçkilərində həbsxanalar və səyyar seçki məntəqələri daxil olmaqla 31 min 342 məntəqədə …

Bir cavab yazın