Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İslam Kərimovun böyük qızı ilə bağlı şok xəbər – Dəlixanaya düşdü

İslam Kərimovun böyük qızı ilə bağlı şok xəbər – Dəlixanaya düşdü

Bu ayın əvvllərində vəfat edən Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ilə bağlı sensasiyalı məlumat yayılıb.
Gülnarə Kərimovanın psixatriya xəstəxanasına yerləşdirildiyi iddia olunur.
Məlumatı mərhum prezidenti dəstəkləyən “Kərimovun səhhəti” qrupu gündəmə gətirib. AsiaTerra agentliyi isə bildirib ki, xəbərin detalları bəlli deyil və babasının ad-familini daşıyan İslam Kərimov anası Gülnarə Kərimova ilə əlaqə saxlaya bilmir.
“Kərimovun səhhəti” qrupu İslam Kərimovun rəsmən elan olunduğu tarixdən daha əvvəl öldüyü və onun Səmərqənddə dəfn ediləcəyi xəbərini də yayıb. Qrupun Kərimovlar ailəsi ilə əlaqəsi olduğu danılmazdır.
Gülnarə Kərimova kiçik bacısı Lola Kərimova-Tillayevadan fərqli atasının yasına qatılmayıb.
Gülnarə Kərimova 2013-cü ildə böyük korrupsiya qalmaqalına görə ölkədən çıxarılıb. Onun Amerikada yaşadığı ehimal olunur.(Teleqraf.com)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın