Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / İşğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirilir

İşğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirilir

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Azərbaycan Silahlı Qüvvələri tərəfindən ciddi surətdə riayət edilir.

Bu barədə virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.

Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur”, – məlumatda bildirilib.

Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …

Bir cavab yazın