Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İsgəndərovun Parisdəki 3 milyard avroluq layihəsi donduruldu… – FOTOLAR

İsgəndərovun Parisdəki 3 milyard avroluq layihəsi donduruldu… – FOTOLAR

Rusiyalı developer, fransızdilli azərbaycanlı iş adamı Emin İsgəndərovun Parisdə, Sena çayının sahilində 300 metr hündürlüyündə iki göydələn inşa etmək planları deyəsən baş tutana oxşamır.

Virtualaz.org xəbər verir ki, “Liberation” qəzeti bu barədə yazır. Biznesmenin 2007-ci ildə başlatdığı layihə onun şirkətinin ödəmə qabiliyyətinin dayanıqlı olmaması və göydələnlərin inşası üçün nəzərdə tutulan ərazidə yerləşən hazırkı binaların qalan 18 sakininin evlərindən köçməkdən imtina etməsi üzündən dondurulub.

Qəzet yazır ki, Parisin La Defans kvartalındakı 232 mənzilli həmin iki binanın sakinlərindən əksəriyyəti mənzillərini İsgəndərova sataraq köçməyə razılaşıb. Lakin qalan 18 sakin bundan imtina edir. “Bura problemləri gətirib çıxaran adam fransızdilli rusiyalı, 28 yaşlı developer Emin İsgəndərovdur.

La Defans investorları üçün o, yaddır, onlar 2004-cü ildə özünün “Hermitage” şirkəti ilə bura gəlib çıxmış və işgüzar kvartalın girişində az qala Eyfel qülləsi hündürlüyündə iki göydələn inşa etməyə hazırlaşan həmin “nuvorişə” yuxarıdan aşağı baxırlar. İsgəndərovun planı çox dəliqanlı görünür, ancaq məqam uğurlu seçilib. La Defans pis vəziyyətdədir və yeni inkişaf planı hazırlayır”-qəzet yazır.

İsgəndərov üçün göydələnlərin layihəsni britaniyalı arxitektor Norman Foster hazırlayıb. Biznesmen sosial mənzillərin yerləşdiyi iki binanın yerində lüks tipli bina inşa etmək istəyir. 2007-ci ildə developer “Damires” şirkətinə məxsus olan həmin binaları sökmək barədə razılaşma əldə edib, İsgəndərov sakinlərin köçürülməsi və əşyalarının daşınması xərclərini üzərinə götürüb. Və 2010-cu ildə Rusiya prezidenti Vladimir Putinin Parisə səfəri zamanı “Hermitage” şirkətinin layihəsi ilə bağlı protokol imzalanıb. Bu da İsgəndərova kozır kartı verib. “2011-ci ildə biznesmen hələ tikintiyə icazə almamışdı, lakin 200 milyon avro xərcləmişdi”-qəzet bildirir.

İsgəndərov tikintiyə 2012-ci ildə rəsmi icazə alıb. Söküləcək binaları işlədən “Logis Transports” şirkətinin direktoru Frederika Marso bildirir ki, sakinlərin əksəriyyəti köçməyə razılaşıb, ancaq 18 sakin bundan imtina edir. “Onların hər birinə 7-dən 30-a qədər mənzillər təklif olunub. Lakin sakinlər bununla razılaşmır. Nə qədər ki, onlar oradadır, biz heç nə edə bilmərik”-o deyib.

İsgəndərovun problemləri bununla bitmir. Developer 2011-ci ildə investorlarla razılaşmanın əldə olunduğunu elan etsə də yekun qərar yoxdur. Habelə layihəni Fransa banklarından heç biri maliyyləşdirmir.Çünki Rusiyaya qarşı sanksiyalar qüvvədədir, Putinlə qucaqlaşmağa hələ çox var.

Evini satmaq istəməyənlərdən biri Silven Lorak deyir ki, onlar təslim olmayacaqlar. Emin İsgəndərova gəldikdə isə on il əvvəl jurnalistlərlə həvəslə ünsiyyət qururdusa indi suallara cavab verməkdən imtina edir. “Mən əvvəl dediyim kimi sentyabr ayına qədər heç bir şərh olmayacaq”-İsgəndərov qəzetə göndərdiyi sms-də bildirib.

Parisdə “Hermitage Plaza” adlı iki yanaşı göydələnin tikintisi Rusiyanın “Mirax Gropu” şirkətinə və İsgəndərovun keçmiş biznes partnyoru , yüz milyonlarla dollarlıq dələduzluğa görə Rusiyadan qaçıb Kambocada mənzillənən, lakin iki il əvvəl orada tutulub. Rusiyaya təhvil verilən Sergey Polonskiyə məxsus olub. Sonradan İsgəndərov Polonski ilə yollarını ayırıb. Onun Parisdə iki göydələnin inşası layihəsi 3 milyard avro investisiya tələb edir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın